Avropa Ukraynanın ərazi güzəştləri ilə bağlı sənədi ABŞ-yə təqdim edib
Almaniya kansleri Fridrix Merts Avropanın Ukraynanın potensial ərazi güzəştlərinə dair hazırladığı sənədi ABŞ tərəfinə təqdim etdiyini açıqlayıb. Onun sözlərinə görə, bu məsələyə dair yekun qərar yalnız "Ukrayna prezidenti və Ukrayna xalqı tərəfindən" verilməlidir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir, kansler bu mövqenin Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın baş naziri Kir Starmer və ABŞ prezidenti Donald Trampla keçirilən danışıqlarda da diqqətə çatdırıldığını bildirib.
Məlumata görə, Avropa ilə ABŞ arasında mövzuyla bağlı növbəti danışıqlar yaxın günlərdə baş tuta bilər. Gələn həftənin əvvəlində isə Berlində yüksək səviyyəli görüşün keçirilməsi ehtimal olunur.
Nigar Yahyazadə
16:22 11.12.2025
Oxunuş sayı: 950