ABŞ Sezar aktını ləğv edir
ABŞ Nümayəndələr Palatası yeni Milli Müdafiə Səlahiyyətləri Aktını (NDAA) qəbul edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Senat da təsdiq edərsə, Suriyaya qarşı tətbiq edilən Sezar aktı rəsmən ləğv olunacaq.
2026-cı il üçün müdafiə büdcəsi 900 milyard dollar müəyyən edilib, bunun 800 milyon dolları Ukraynaya yardım üçün ayrılır.
Avropadakı qoşunların sayının 76 min nəfərdən aşağı salınması və əsas hərbi texnikanın çıxarılması qadağan olunur.
Ukrayna Təhlükəsizlik Yardımı Təşəbbüsü üçün 400 milyon dollar, digər ehtiyaclar üçün əlavə 400 milyon dollar nəzərdə tutulub.
16:19 11.12.2025
Oxunuş sayı: 994