MEK-in “Vikipediya” təlimlərini yekunlaşdıranlara sertifikatlar təqdim olunub
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) növbəti qrup üçün keçirilən “Vikipediya” təlimləri yekunlaşıb, sertifikatların təqdimetmə mərasimi keçirilib.
Öncə MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov “Vikipediya”nın dəyərli bir mənbə olduğunu xatırladıb və təlimdə iştirak edənləri təbrik edib. O, bu informasiya resursunda Azərbaycan haqqında materialların zənginləşdirilməsinin vacib bir məsələ olduğunu bildirib və iştirakçılara bu işdə uğurlar arzulayıblar.
Budəfəki təlimlərə cəlb olunan AMEA-nın Folklor İnstitutunun əməkdaşları bir ay müddətində virtual ensiklopediyada məqalələrin yaradılması, redaktə olunması, digər dillərdən Azərbaycan dilinə məqalələrin tərcümə edilməsi və yerləşdirilməsi istiqamətində mühüm biliklər qazanıblar. Layihə müddətində 20-dən artıq məqalə yaradılıb və redaktə olunub. Təlimlər MEK-in Elektron resurslar şöbəsinin baş mütəxəssisi Xəyalə Məmmədli tərəfindən aparılıb.
Sonda təlimləri başa vuran iştirakçılara Mərkəzi Elmi Kitabxananın sertifikatları təqdim olunub.
16:03 11.12.2025
Oxunuş sayı: 920