Kreml 2027-də Ukraynanın Aİ-yə üzvlüyünə mane olmayacağını açıqlayıb
Rusiya tərəfi ABŞ-la danışıqlardan sonra bəzi məsələlərə razılıq verib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən məsələlər bunlardır:
1) Rusiya Zaparoje AES-ə nəzarəti ABŞ və MAGATE-yə təhvil verəcək. Burada istehsal olunan enerji Ukrayna və Rusiya arasında 50/50 bölünəcək.
2) Rusiya tərəfi Donbasda heç bir ağır silah, raket və ya qoşun yerləşdirməyəcək.
3) Rusiya Enerqodar şəhərinə Rosatomun logistik dəstəyi ilə bağlı yollara ABŞ-a məxsus operator şirkətinin nəzarətinə icazə verib.
4) Rusiya 2027-ci ildə Ukraynanın Aİ-yə sürətli üzvlüyünə dəstəkdir və bu məsələyə mane olmayacaq.
15:50 11.12.2025
Oxunuş sayı: 991