ABŞ Federal Ehtiyat Sistemi faiz dərəcəsini yenidən endirib
Amerika Birləşmiş Ştatlarının mərkəzi bank funksiyalarını yerinə yetirən Federal Ehtiyat Sistemi (FED) uçot faiz dərəcəsini illik 3,5 - 3,75% aralığına endirib.
Crossmedia.az xəbər verir ki, bu barədə maliyyə qurumunun Açıq Bazar Əməliyyatları üzrə Federal Komitəsinin (FOMC) iclasının nəticələrinə dair bəyanatında deyilib.
Bundan başqa, 2025-ci ildə ölkədə ÜDM-in artımı proqnozu da 1,6%-dən 1,7%-ə qədər artırılıb.
Eyni zamanda inflyasiya proqnozu 3%-dən 2,9%-ə endirilib. Federal Ehtiyat Sistemi işsizlik proqnozunu 4,5% səviyyəsində saxlayıb.
Qeyd edək ki, 29 oktyabrda ABŞ Federal Ehtiyat Sistemi faiz dərəcəsini illik 3,75-4% aralığına endirmişdi.
23:57 10.12.2025
Oxunuş sayı: 1064