Rusiya yeni kamuflyaj formasının kütləvi istehsalına başladı
Rusiya ordusu döyüşdə görünməzliyi təmin edən yeni kamuflyaj formalarının geniş istehsalına başlayıb.
Crossmedia.az bu barədə rus mənbəsinə istinadən xəbər verir.
Prezident Vladimir Putinin sərəncamına əsasən, gələn ildən bütün hərbi geyimlər yalnız yerli zavodlarda, 2027-ci ildən isə yalnız yerli materiallardan hazırlanacaq.
Formalar əlverişsiz hava şəraitinə və termal görüntüyə qarşı davamlıdır, həmçinin vizual identifikasiya üçün xüsusi işarələrə malikdir. Yeni istehsal xətti həm geyim, həm də hərbi ayaqqabılarda idxalın tam əvəzlənməsini təmin edir və ordunun müdafiə qabiliyyətini gücləndirir.
Səriyyə Tağıyeva
23:50 10.12.2025
Oxunuş sayı: 859