Rusiya Ukraynanın 31 pilotsuz təyyarəsini vurdu
Rusiya Müdafiə Nazirliyi bildirib ki, dekabrın 10-da hava hücumundan müdafiə vasitələri beş saat ərzində Ukrayna Silahlı Qüvvələrinin 31 pilotsuz təyyarəsini məhv edib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Ən çox zərər Bryansk vilayətində qeydə alınıb (13 PUA), Kaluqa vilayətində isə 11 PUA vurulub.
Əvvəlki məlumatlara görə, həmin gün Rusiya ərazisində 21 Ukrayna PUA məhv edilmişdi.
Səriyyə Tağıyeva
22:40 10.12.2025
Oxunuş sayı: 1045