Aİ Rusiyadan qazı məhdudlaşdırır, neft idxalını qadağan etmir
Avropa İttifaqı Rusiyadan qaz idxalına yeni məhdudiyyətlər tətbiq edir, lakin neftə qadağa qoyulmayıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, sənədə əsasən, fövqəladə vəziyyət zamanı ölkələr qaz tədarükünü tam dayandırmaya bilər, enerji tədarükünü şaxələndirmək üçün şəffaflıq tələbləri artırılıb.
Aİ dekabrın 3-də LNG idxalına məhdudiyyətləri qəbul edib, boru kəməri qazına isə məhdudiyyətlər 2027-ci ilin payızında qüvvəyə minəcək. Ekspertlər isə qadağaların Aİ daxilində fikir ayrılığı yarada biləcəyini bildirirlər.
Səriyyə Tağıyeva
20:43 10.12.2025
Oxunuş sayı: 1204