Finlandiya Rusiya sərhədində xüsusi iqtisadi zona yaratmağı planlaşdırır
Finlandiya baş naziri Petteri Orpo Rusiya sərhədinə yaxın İmatra bölgəsində xüsusi iqtisadi zona yaradılmasını mümkün hesab etdiyini açıqlayıb.
Crossmedia.az bu barədə xarici mənbələrə istinadən xəbər verir.
Onun sözlərinə görə, ölkənin cənub-şərqində iqtisadi vəziyyət çətin olduğundan hökumət yeni həll yolları axtarır və XİZ bu istiqamətdə addımlardan biri ola bilər. Orpo bildirib ki, zonanın effektiv işləməsi üçün vergi güzəştləri və turizmə dəstək kimi əlavə tədbirlər də nəzərdən keçirilə bilər.
Son qərarı Finlandiya hökuməti verəcək.
Ekspertlər isə bildirirlər ki, Rusiya ilə əlaqələrin kəsilməsi Finlandiyanın iqtisadiyyatına ciddi zərbə vurub və vəziyyət daha da ağırlaşa bilər.
Səriyyə Tağıyeva
19:54 10.12.2025
Oxunuş sayı: 1065