Yerin dərinliklərində maddənin yeni vəziyyəti kəşf edildi
Çinli və beynəlxalq alimlər Yerin daxili nüvəsində əvvəllər məlum olmayan maddə vəziyyəti aşkar ediblər.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, tədqiqat göstərib ki, nüvə nə tam bərk, nə də tam mayedir — hər iki xüsusiyyəti birləşdirən hibrid quruluşa malikdir. Seysmik müşahidələr də bu qeyri-adi vəziyyəti təsdiqləyir: nüvə sərt olsa da, davranışı mayeyə bənzəyir.
Alimlər bildirirlər ki, bu kəşf Yerin nüvəsinin quruluşu ilə bağlı illərlə davam edən elmi mübahisələrə aydınlıq gətirə bilər.
Səriyyə Tağıyeva
19:47 10.12.2025
Oxunuş sayı: 1163