Tokayev də Putinlə birgə Aşqabada səfər edəcək
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Rusiya prezidenti Volodimir Putinlə birlikdə dekabrın 11-12-də Türkmənistanın paytaxtı Aşqabada səfər edəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Səfər Beynəlxalq Sülh və Etibar İli, Beynəlxalq Bitərəflik Günü və Türkmənistanın daimi neytrallığının 30 illiyinə həsr olunmuş forumda iştirak üçün nəzərdə tutulub.
Kreml bildirib ki, Putin də həmin tarixlərdə Aşqabada səfər edəcək və xarici ölkə liderləri ilə görüşlər keçirəcək. Türkmənistan Konstitusiyasında təsbit olunmuş neytral statusa malikdir və MDB-yə üzv olmayan yeganə Mərkəzi Asiya ölkəsidir.
Nəzrin Abbas
18:00 10.12.2025
Oxunuş sayı: 1301