Tramp ABŞ-Aİ münasibətlərində “yeni soyuq müharibə” başladıb
ABŞ Prezidenti Donald Trampın administrasiyası Avropa İttifaqı ilə “açıq düşmənçilik” içindədir və bu qarşıdurma “yeni soyuq müharibə” adlandırılır.
Crossmedia.az bu barədə Axios-a istinadən xəbər verir.
Nəşrə görə, münaqişənin qığılcımı Avropanın İlon Maskın X sosial şəbəkəsinə qarşı tətbiq etdiyi 120 milyon avroluq cərimə olub.
Mask AB-ni söz azadlığını boğmaqda ittiham edib, ABŞ rəsmiləri isə cəriməni Amerikanın texnoloji platformalarına hücum kimi qiymətləndiriblər. Respublikaçı senator Ted Kruz Trampı AB-yə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
Ağ Evin 2025-ci il Milli Təhlükəsizlik Strategiyası isə Avropa İttifaqını nəzarətsiz miqrasiya, senzura və demokratik proseslərə zərbə vurmaqda ittiham edib.
Avropa rəsmiləri sənədi tənqid edib: Almaniya kansleri Fridrix Merz bəzi müddəaları qəbuledilməz adlandırıb, Aİ-nin yüksək nümayəndəsi Kaja Kallas ABŞ-ın Rusiyanı tənqid etməsini tövsiyə edib. Keçmiş vitse-prezident Josep Borrell bu strategiyanı “Aİ-yə siyasi müharibə elanı” kimi qiymətləndirib.
Nəzrin Abbas
17:55 10.12.2025
Oxunuş sayı: 1157