Formula 1-də ən yüksək maaş alan pilot açıqlanıb
Formula 1-də ən yüksək maaş alan sürücü yenidən Red Bull komandasının hollandiyalı pilotu Maks Ferstappen olub.
Crossmedia.az bu barədə Forbes jurnalının yenilənmiş reytinqinə əsasən xəbər verir.
O, ardıcıl beşinci dəfə siyahıya liderlik edir və ümumi qazancı 76 milyon dollar təşkil edir.
İkinci yerdə Ferrari ilə debüt mövsümündə 70,5 milyon dollar qazanan britaniyalı Lyuis Həmilton qərarlaşıb. Üçüncü pilləyə isə ümumi qazancı 57,5 milyon dollar olan McLaren pilotu Lando Norris yüksəlib. Onun gəlirinin 39,5 milyon dolları bonuslardan ibarətdir.
Dördüncü yeri isə Norrisin komanda yoldaşı Oskar Piastri 37,5 milyon dollarla tutub.
Forbes bildirir ki, mövsümün sonunda ilk 10 Formula 1 sürücüsünün ümumi gəliri 363 milyon dollara çatıb ki, bu da ötən illə müqayisədə 15% artım deməkdir.
16:16 10.12.2025
Oxunuş sayı: 1109