"Milli Hökumət"in yaradılmasının 80 illiyi qeyd edilib
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Milli Azərbaycan Tarixi Muzeyi Güney Azərbaycanda 12 dekabr 1945-ci il tarixində qələbə çalmış milli Azadlıq hərəkatının qələbəsi olaraq "Milli Hökumət"in yaradılmasının 80 illiyini qeyd edib.
Tədbirə, “21 Azər” milli azadlıq hərəkatına rəhbərlik etmiş Azərbaycan Demokrat Firqəsinin hazırki sədri, əməkdar jurnalist Rəhim Hüseyinzadə və Azərbaycanda olan İranlı mühacirlər cəmiyyətinin sədri Firudin İbrahimi də qonaq olaraq dəvət olunmuşdular.
Tədbir, tədqiqatçı alim Səməd Bayramzadənin ssenarisi əsasında
hazırlanmış “21 Azər hərəkatı və Azərbaycan Milli Hökuməti” sənədli filminin
nümayiş olunması ilə başlanıb.
Güney azərbaycanda Milli Azadlıq hərəkatının dərin tədqiqatçısı olan professor Eynulla Mədətli, tədqiqatçı alimlər Səməd Bayramzadə, Fəridə xanım Şəmsi, Sübhan Talibi, Əli Fərhadov çıxışları geniş marağa səbəb olub.

Tədbirdə “Azərbaycan fədailəri” və “12 şəhrivər (sentyabr) müraciətnaməsi” kitabının təqdimatı keçirilib. Azərbaycan dilində latın əlifbasında, əski əlifbada və ingilis dilində nəfis tərtib olunmuş kitab güney Azərbaycanda milli hökumətin humanist missiyasını, milli-demokratik məqsədlər daşıdığını ilkin mənbəyə əsasən ifadə edir.
ADF sədri Rəhim Hüseyinzadənin verdiyi məlumata
görə, bu günlərdə Azərbaycanın ictimai qurumları, siyasi təşkilatları ilə
yanaşı, Amerikada, Kanadada, İsveçrədə, Almaniyada da “21 Azər” tədbirləri təşkil
olunur. Güney Azərbaycanın milli hüquqları və azadlığı bir gün belə olsun
düşüncələrimizdən kənarda olmayıb. “21 Azər” bir gün deyil, bir xalq hərəkatıdır
və bu hərəkat bu gün də davam edir.
16:05 10.12.2025
Oxunuş sayı: 1288