Putin İndoneziyaya səfər edəcək
Rusiya prezidenti Volodimir Putin İndoneziyaya səfər etməyə razılıq verib.
Crossmedia.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Putin bu sözünü indoneziyalı həmkarı Prabovo Subianto ilə Moskva görüşü zamanı ifadə edib.
Görüş prezidentin Kremldəki nümayəndəliyində keçirilib. Danışıqlarda Sergey Lavrov, Denis Manturov, Yuri Uşakov, Oksana Lut, Vasili Osmakov, Dmitri Şuqayev və Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina da iştirak ediblər.
Tərəflər Rusiya–İndoneziya strateji tərəfdaşlığının inkişafı, eləcə də regional və beynəlxalq gündəmdə duran məsələləri müzakirə ediblər.
Qeyd edək ki, dekabrın əvvəlində prezidentin köməkçisi Yuri Uşakov Subiantonun Moskvaya planlaşdırılan səfərinin iki ölkə arasında əməkdaşlığın dərinləşməsinə xidmət edəcəyini bildirmişdi.
15:52 10.12.2025
Oxunuş sayı: 945