Ka-27M tipli gəmi helikopterləri Şimal Donanmasında xidmətə başlayır
Rusiya Hərbi Dəniz Qüvvələrinin Şimal Donanması Ka-27M tipli ilk gəmi helikopterini qəbul edib və ona hərbi pilot Nikolay Kuklevin adı verilib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı donanmanın mətbuat xidməti yayıb.
Ka-27M Şimal Donanması aviasiyası tarixində Kuklevin adını daşıyan ilk helikopterdir. Donanmanın Birləşmiş Aviasiya Korpusunun komandiri general-leytenant Aleksandr Otroşçenko bildirib ki, Nikolay Kuklev dəniz aviasiyasında mövcud olan helikopterlərin demək olar ki, bütün növlərinə yiyələnib və Hərbi Dəniz Qüvvələrinin Dəniz Aviasiyasının rəhbəri olmuş yeganə dəniz helikopter pilotudur.
Təkmilləşdirilmiş Ka-27M əsas Ka-27 helikopterlərindən gücləndirilmiş radar sistemi və Aralıq dənizində daha effektiv fəaliyyət imkanları ilə fərqlənir. Bu tip helikopterlər 318-ci Əlahiddə Qarışıq Aviasiya Alayının tərkibində xidmət göstərəcək.
15:47 10.12.2025
Oxunuş sayı: 887