Kreml Zelenskinin "enerji atəşkəsi" təklifinə cavab verib
Kreml Ukrayna Prezidenti Volodimir Zelenskinin “enerji atəşkəsi” təklifinə münasibət bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Moskvanın məqsədi müvəqqəti atəşkəs deyil, davamlı və uzunmüddətli sülh əldə etməkdir.
“Müvafiq sənədlərin imzalanması ilə əldə olunan zəmanətli, uzunmüddətli sülh bizim əsas prioritetimizdir”, – Peskov vurğulayıb.
Zelenski dekabrın 9-da açıqlamasında Rusiyanın razılığı olacağı halda enerji infrastrukturu ilə bağlı atəşkəsə hazır olduğunu bildirmişdi.
Hərbi bloqer Yuriy Podolyaka iddia edir ki, Zelenski bu qərarı Kiyevdə enerji çatışmazlığının ağırlaşması fonunda verib.
15:06 10.12.2025
Oxunuş sayı: 1072