Yaponiya zəlzələ xəbərdarlığı edib
Yaponiya ölkənin şimalı üçün meqazəlzələ xəbərdarlığı verib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, rəsmi məlumatlara görə, 8 bal və daha güclü zəlzələ ehtimalı azdır, lakin sakinlər buna hazır olmalıdır.
Xəbərdarlıq Yaponiyanın Honsyu adasının şimal prefekturası olan Aomori adasının şərq sahillərində baş verən 7,5 bal gücündə zəlzələdən sonra edilib. Hadisə nəticəsində 34 nəfər yüngül xəsarət alıb və yollara, binalara müəyyən ziyan dəyib.
Dekabrın 8-də ölkədə 7,0 bal gücündə zəlzələ baş verib və bunun ardınca şərq və şimal-şərq sahilləri üçün sunami xəbərdarlığı verilib. Zəlzələ səbəbindən bir neçə qatar xətti müvəqqəti dayandırılıb.
Mütəxəssislər bildiriblər ki, yaranan sunami Cənubi Kuril adalarına çata bilər.
14:29 10.12.2025
Oxunuş sayı: 987