TƏBİB məktəbdə zəhərlənən uşaqların vəziyyəti ilə bağlı açıqlama verib
Salyanda məktəbdə tüstüdən zəhərlənən şagirdlərdən 17 nəfəri hospitalizasiya olunub.
Mövzu ilə bağlı Crossmedia-az-ın sorğusuna TƏBİB-dən cavab açıqlama verilib:
"Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya olunub. Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Onlardan vəziyyəti stabil qiymətləndirilən 9 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 8 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir".
Ayhan
16:35 05.12.2025
Oxunuş sayı: 1844