Azərbaycan maşınlarının sərhəddə gecikməsi ilə bağlı məlumat doğru deyil
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan yük maşınlarının ölkə sərhədində guya gecikdirilməsi ilə bağlı yayılan məlumatları təkzib edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, onun sözlərinə görə, yalnız bir avtomobilin konkret səbəbə görə saxlanılması qeydə alınıb.
Kobaxidze bildirib ki, iki ölkə arasında dostluq münasibətləri möhkəmdir və yarana biləcək bütün məsələlər dostcasına müzakirə olunmağa hazırdır.
Nigar Yahyazadə
16:39 02.12.2025
Oxunuş sayı: 859