Azərbaycan və İordaniya ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Bu gün Baş naziri Əli Əsədov İordaniya Haşimilər Krallığının sənaye, ticarət və təchizat naziri, iki ölkə arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Yarub Qudah ilə görüşüb.
Bu barədə Crossmedia.az-a Nazirlər Kabinetindən xəbər verilib.
Görüşdə Azərbaycan-İordaniya dövlətlərarası münasibətlərinin dostluq və əməkdaşlıq prinsipləri əsasında inkişaf etdiyini vurğulanıb.
Azərbaycan Prezidenti İlham Əliyev və İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn arasında yaranmış səmimi münasibətlərin bu inkişafı şərtləndirən əsas amil olduğu bildirilib.
Görüşdə iki ölkə arasında müxtəlif istiqamətlərdə, o cümlədən ticarət-iqtisadi, investisiya, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri müzakirə olunub.
Görüşdə maliyyə naziri Sahil Babayev iştirak edib.
15:27 28.11.2025
Oxunuş sayı: 803