Növbəti köç karvanı Qırmızı Bazara çatıb
Xocavənd rayonuna yola salınan növbəti köç karvanı Qırmızı Bazar qəsəbəsinə çatıb, sakinlərə mənzillərin açarları təqdim olunub.
Crossmedia.az xəbər verir ki, açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.
Bu köçlə qəsəbəyə qayıdan ailələrin sayı 67-yə (254 nəfər) çatıb.
14:29 28.11.2025
Oxunuş sayı: 1141