Yunus Oğuz Rusiya-Ukrayna danışıqları ilə bağlı üç ehtimalı açıqladı
"Rusiya-Ukrayna müharibəsinin hazırkı vəziyyətindən belə görünür ki, bu proseslər hələ uzun çəkəcək və bu problemlər tezliklə həll olunmayacaq".
"Müharibə şəraitində, döyüşlər davam edərkən referendum keçirmək mümkündürmü" sualını cavablandıran Y.Oğuz deyib ki, xeyr, bunun üçün tərəflər razılaşmalı, atəşkəs elan olunmalı və mövqe döyüşləri dayandırılmalıdır. Bundan sonra referendum keçirilə bilər və xalq öz qərarını verər. Fikrimcə, xalq yenə də "yox" deyəcək və bu halda müharibə yenidən başlayacaq. Hazırkı vəziyyətdə ən real variant budur. Çox güman ki, bu məsələ də Cenevrədə müzakirə olunacaq.Niyə xalq "yox" deyəcək? Çünki artıq Ukraynada demək olar ki, hər ailədən bir nəfər müharibədə həlak olub. Belə bir şəraitdə Ukrayna xalqı Rusiyanın tələblərinə razı olmayacaq. Buna görə də müharibə davam edəcək.
"Əgər torpaqdan imtina müzakirə olunursa, referendum mütləqdir. Avropa da böyük ehtimalla bu variantı nəzərdən keçirəcək və deyəcəklər ki, razıyıq, amma referendum keçirilməlidir. Referendumda xalq "yox" dedikdən sonra isə müharibə yenidən alovlanacaq. Sadəcə, bir müddətlik fasilə - bir istirahət veriləcək," - deyə yazıçı qeyd edib.
13:03 24.11.2025
Oxunuş sayı: 1632