Rusiya, Polşanın Qdanskdakı Baş Konsulluğunu bağlamasına cavab verəcək
Rəsmi Moskva Qdanskda yerləşən Baş Konsulluğunun bağlanmasına cavab olaraq Polşanın Rusiyadakı diplomatik və konsulluq nümayəndəliklərinin sayını azaldacaq. Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıqlama verib.
Crossmedia.az bu barədə TASS-a istinadən xəbər verir.
“Cavab olaraq Rusiya tərəfi Polşanın Rusiyadakı diplomatik və konsulluq missiyalarını azaldacaq”, – Zaxarova bildirib.
Qeyd edək ki, Polşanın xarici işlər naziri Radoslav Sikorski daha əvvəl ölkədə qalan son Rusiyanın Baş Konsulluğunun — Qdanskdakı nümayəndəliyin bağlanması haqqında qərarı elan etmişdi. Bundan əvvəl, 2024-cü ilin oktyabrında və 2025-ci ilin mayında Polşa Rusiyanın Poznan və Krakovdakı konsulluqlarını da bağlamışdı.
Günel Verdiyeva
16:58 19.11.2025
Oxunuş sayı: 1094