Erməni Prezidenti: Sülh və regional layihələr Cənubi Qafqazı logistika mərkəzinə çevirəcək
Ermənistan Prezidenti Vaagn Xaçatryan, Gürcüstan həmkarı Mixail Kavelashviliylə birgə keçirilən brifinqdə bildirib ki, Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olunması, eləcə də regional layihələrin həyata keçirilməsi Cənubi Qafqazı logistika mərkəzinə çevirəcək.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Xaçatryan Kavelashvili ilə regional məsələləri, 8 avqustda Vaşinqtonda paraflanan Bakı ilə Yerevan arasındakı sülh sazişinin müddəalarını və iqtisadi gündəliyi müzakirə edib.
“Bizim əməkdaşlığımız suverenlik, milli identiklik və qarşılıqlı hörmətə əsaslanır. Mən əminəm ki, Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olunması və müvafiq layihələrin həyata keçirilməsi Cənubi Qafqazı logistika mərkəzinə çevirəcək. Rifahın təmin olunması bizim ortaq məsuliyyətimizdir və Gürcüstan-Ermənistan münasibətlərinin daha da dərinləşdirilməsi üçün bütün səylərimizi göstərəcəyik”, – deyə o bildirib.
Fidan Bəhmənova
16:39 19.11.2025
Oxunuş sayı: 1126