Rayonlar üzrə boşanma statistikası açıqlandı
2025-ci ilin yanvar-sentyabr aylarında ölkədə 36 332 nikah və 15 480 boşanma halı qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə nikahların sayı azalaraq 4.8-dən 4.7-yə, boşanmaların sayı isə 2.1-dən 2-yə düşüb.
İqtisadi rayonlar üzrə nikah və boşanma göstəriciləri belə olub:
Bakı şəhərində 8 430 nikah (4.8) və 4 753 boşanma (2.7) qeydə alınıb, Naxçıvan Muxtar Respublikasında 1 538 nikah (4.4) və 644 boşanma (1.8), Abşeron-Xızı iqtisadi rayonunda 1 964 nikah (3.0) və 1 134 boşanma (1.7), Dağlıq Şirvan iqtisadi rayonunda 1 253 nikah (5.2) və 428 boşanma (1.8), Gəncə-Daşkəsən iqtisadi rayonunda 1 917 nikah (4.3) və 1 049 boşanma (2.3), Qarabağ iqtisadi rayonunda 3 199 nikah (5.7) və 1 163 boşanma (2.1), Qazax-Tovuz iqtisadi rayonunda 2 372 nikah (4.7) və 922 boşanma (1.8), Quba-Xaçmaz iqtisadi rayonunda 1 981 nikah (4.8) və 671 boşanma (1.6), Lənkəran-Astara iqtisadi rayonunda 3 678 nikah (5.2) və 974 boşanma (1.4), Mərkəzi Aran iqtisadi rayonunda 2 585 nikah (4.8) və 1 075 boşanma (2.0), Mil-Muğan iqtisadi rayonunda 2 060 nikah (5.2) və 646 boşanma (1.6), Şəki-Zaqatala iqtisadi rayonunda 2 122 nikah (4.5) və 836 boşanma (1.8), Şərqi Zəngəzur iqtisadi rayonunda 1 304 nikah (5.8) və 520 boşanma (2.3), Şirvan-Salyan iqtisadi rayonunda isə 1 929 nikah (5.2) və 665 boşanma (1.8) qeydə alınıb.
Statistikaya görə, ən yüksək nikah səviyyəsi Şərqi Zəngəzur (5.8), Qarabağ (5.7) və Dağlıq Şirvan ilə Lənkəran-Astara (5.2) iqtisadi rayonlarında müşahidə olunub, boşanma hallarının yüksək olduğu rayonlar isə Bakı şəhəri (2.7) və Şərqi Zəngəzur (2.3) iqtisadi rayonlarıdır. (Milli.az)
18:02 17.11.2025
Oxunuş sayı: 984