Daşkənd Bakı aeroportunun təcrübəsini öyrənir
Özbəkistanın "Uzbekistan Airports" şirkəti Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportunun iş təcrübəsini mənimsəmək niyyətindədir.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatda qeyd olunur ki, tərəflər hava limanının infrastrukturunun modernləşdirilməsi və qabaqcıl texnologiyaların tətbiqi üzrə əməkdaşlığı gücləndirirlər.
Bildirilib ki, Uzbekistan Airports nümayəndə heyəti hazırda Bakıda səfərdədir və hava limanında təşkilati fəaliyyət, infrastruktur həlləri və idarəetmə mexanizmlərini öyrənir. Eyni modelin gələcəkdə Özbəkistan hava limanlarında tətbiqi planlaşdırılır.
Türkan Kərimli
22:06 14.11.2025
Oxunuş sayı: 1725