Nikola Sarkozinin apellyasiya prosesi 2026-cı ildə başlayacaq
Fransanın sabiq prezidenti Nikola Sarkozinin seçki kampaniyasının Liviyadan maliyyələşdirilməsi işi üzrə apellyasiya prosesi 2026-cı ilin 16 martında başlayacaq.
Bu barədə Crossmedia.az Paris Apellyasiya Məhkəməsinin açıqlamasına istinadən xəbər verir.
Açıqlamada qeyd olunur ki, “ Liviya maliyyələşməsi işi” 16 mart – 3 iyun 2026 tarixləri arasında apellyasiya məhkəməsində baxılacaq. İş məhkəmənin cəzalandırma palatasında araşdırılacaq.
Qeyd edək ki, 70 yaşlı sabiq Fransa prezidenti Nikola Sarkozi 25 sentyabrda Liviya maliyyələşməsi işi üzrə “cinayətkar qruplaşmada iştirak” ittihamı ilə günahkar bilinib, dövlət vəsaitlərinin mənimsənilməsini gizlətmək və passiv korrupsiya maddələri üzrə bəraət alıb.
Türkanə Məşədiyeva
16:04 13.11.2025
Oxunuş sayı: 1176