Aİ missiyası Azərbaycanla sərhəd bölgələrdə fəaliyyətini davam etdirir
Avropa İttifaqının Ermənistandakı müşahidə və kəşfiyyat missiyasının üzvləri Azərbaycanla sərhəd ərazilərdə “əməliyyatlar” keçirməyə davam edirlər.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə missiyanın X sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.
Məlumatda deyilir:
“İcevan şəhərindəki bazamızda Niderland Krallığının Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə şöbə müdiri Karolien Ramakersin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdiyimiz üçün qürur duyuruq və onları Tavuş vilayətindəki əməliyyat bölgəmizlə tanış edirik.
Niderland kontingenti EUMA-nın (Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyası) ən böyük qruplarından biridir və 14 nəfərdən ibarətdir.
Sizlərə – Niderland Krallığına – Aİ-nin Ermənistandakı missiyasına göstərdiyiniz daim dəstəyə görə təşəkkür edirik.”
Pərvin Hacıyeva
15:58 13.11.2025
Oxunuş sayı: 1207