Yəhudi sakinlərin hücumları şokedici və ciddi haldır - İsrail prezidenti
İsrail prezidenti İsxak Hersoq və yüksək rütbəli hərbçilər çərşənbə günü yəhudi sakinlərin bir gün əvvəl İordan çayının Qərb sahilində fələstinlilərə etdikləri hücumları pisləyiblər. Onlar işğal olunmuş ərazidə artan zorakılığa son qoymağa çağırıblar.
Bu barədə Crossmedia.az Politico-ya istinadla xəbər verir ki, prezident İsxak Hersoq bu hücumları “şokedici və ciddi” adlandırıb.
O, belə halların ölkə üçün təhlükəli olduğunu vurğulayıb və dövlətin mənəvi dəyərlərə sadiq qalmasının vacibliyini qeyd edib.
Hersoq bildirib ki, “bir neçə cinayətkarın törətdiyi zorakılıq artıq qırmızı xətti keçib”. O, sosial şəbəkədə yazıb ki, “bütün dövlət qurumları bu hadisələrin qarşısını almaq üçün qəti addımlar atmalıdı”.
Qeyd edək ki, çərşənbə axşamı onlarla maskalı yəhudi sakin Beyt-Lid və Deyr-Şaraf adlı fələstin kəndlərinə hücum edib. Onlar maşınları və digər əmlakları yandırıblar. Daha sonra israilli əsgərlərlə toqquşublar.
Türkanə Məşədiyeva
15:29 13.11.2025
Oxunuş sayı: 950