Ermənistan rəsmisi: Sarkisyan dövrləri bitib, indi hər kəs dediyi sözə görə qanun qarşısında cavab verəcək
Ermənistan hakimiyyəti daxilində son günlər müxalif qüvvələrin fəaliyyəti və sərt bəyanatlarla müşayiət olunan siyasi gərginlik fonunda yeni açıqlama gündəmə gəlib. Baş nazirin aparat rəhbərinin müavini Taron Çaxoyan parlament sədri Alen Simonyanı təhqir etdiklərinə görə saxlanılan müxalif şəxslərlə bağlı sosial şəbəkədə paylaşım edərək hadisəyə münasibət bildirib. O, paylaşımında keçmiş hakimiyyət dövrü ilə indiki vəziyyəti müqayisə edib və hər kəsin qanun qarşısında cavab verməli olduğunu vurğulayıb
Taron Çaxoyan parlament sədri Alen Simonyanı təhqir edən müxaliflərin saxlanılması ilə bağlı fikirlərini Facebook-da paylaşıb.
Crossmedia.az xarici mənbəyə istinadən bildirir ki, Taron Çaxoyan yazıb:
“Sarkisyan dövründə efirdə təhqir və təhdid edən alçaqları döyər, hətta tualetlərdə basdırardılar.
Amma Sarkisyanın dövrləri bitib — biz hüquqi dövlətdəyik və hər kəs dediyi və etdiyi sözə görə qanun qarşısında cavab verməlidir.
İndi həmin təhqir və təhdid edən alçaqlar bilsinlər ki, Sarkisyan dövrləri artıq keçib və onlar qanun qarşısında cavab verəcəklər.”
Zeynəb Xuduyeva
14:34 13.11.2025
Oxunuş sayı: 1337