Putin və Trampın Budapeştdə görüşü mümkündür – Kreml rəsmisi
Rusiya Prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Tramp arasında Budapeştdə görüşün keçirilməsi ehtimalı hələ də qalır.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov “Yunashev Live” Teleqram kanalına açıqlamasında bildirib.
“Budapeşt sammiti hələ mümkündür, niyə də olmasın?” – deyə Uşakov qeyd edib.
Bununla belə, Kreml rəsmisi belə bir sammitin dəqiq tarixinin hələ müəyyən edilmədiyini vurğulayıb.
Türkan Kərimli
13:30 13.11.2025
Oxunuş sayı: 1927