Vəngli, Daşbulaq və Badara kəndlərinə daha bir köç karvanı yola salınıb
Xocalı rayonunun Daşbulaq və Badara, həmçinin Ağdərə rayonunun Vəngli kəndlərinə növbəti köç karvanları yola salınıb.
Crossmedia.az xəbər verir ki, bu mərhələdə Daşbulağa 9 ailə (31 nəfər), Badaraya 6 ailə (19 nəfər), Vəngliyə isə 11 ailə (45 nəfər) köçürülür.
Köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bununla da Daşbulaq kəndinə qayıdan ailələrin sayı 30-a (122 nəfər), Badaraya köçürülən ailələrin sayı 37-yə (136 nəfər), Vəngliyə qayıdan ailələrin sayı isə 96-ya (374 nəfər) çatacaq. (Report)
12:19 13.11.2025
Oxunuş sayı: 1706