Sabahın havası açıqlandı
Bakıda və Abşeron yarımadasında noyabrın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Crossmedia.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 9-12, gündüz 15-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu, nisbi rütubət isə gecə 80-85 %, gündüz 70-75 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 6-10, gündüz 15-20, dağlarda gecə 3-7, gündüz 10-15 dərəcə isti olacaq.
12:14 13.11.2025
Oxunuş sayı: 1661