İranın Pekindəki keçmiş səfiri: Çin, prezidenti tez fikrini dəyişən İranla işləyə bilməz
İranın Pekindəki keçmiş səfiri Məhəmməd Hüseyn Məlaek Tehranın Çinə yanaşması haqqında belə deyib: "Çinlilərə görə İran siyasi sistemi bölgədə və Yaxın Şərqdə ən planlaşdırılmamış sistemlərdən biridir".
Crossmedia.az-ın məlumatına görə, o əlavə edib ki, İran-Çin münasibətləri bir çox hallarda "fövqəladə hal diplomatiyası"na əsaslanıb, yəni İran adətən siyasi və iqtisadi dalana dirəndikdə Çinə üz tutur.
11:43 13.11.2025
Oxunuş sayı: 1426