Filadelfiya şəhər meriyasının qarşısında Azərbaycan bayrağı ucaldılıb
ABŞ-nin Pensilvaniya ştatının Filadelfiya şəhər meriyasının qarşısında Azərbaycan Respublikasının dövlət bayrağı ucaldılıb.
Crossmedia.az xəbər verir ki, layihə Azərbaycanın ABŞ-dəki səfirliyinin təşəbbüsü ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində həyata keçirilib və milli suverenliyinin təbliği məqsədi daşıyır.
Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, 2025-ci il Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilib.(Report)
23:51 12.11.2025
Oxunuş sayı: 1050