Rusiya və Ukrayna nümayəndələri danışıqlar üçün Bakıya gəlir?- Sensasiya
Türkiyə Qərb tərəfdaşları ilə birlikdə Rusiya-Ukrayna münaqişəsinin diplomatik yollarla həllinə nail olmaq üçün danışıqların bərpasına çağırış edir. Türkiyə rəhbərliyi bildirib ki, bu proses konkret addımlarla dəstəklənməli və heç bir tərəf uduzmamalıdır. Ötən illərdə İstanbulda keçirilmiş bir neçə danışıqlar raundu müəyyən razılaşmaların əldə olunmasına səbəb olsa da, tərəflər arasında mövqelər hələ də fərqlidir. Analitiklər Türkiyənin təşəbbüsünü münaqişənin sülh yolu ilə həlli üçün mühüm addım kimi qiymətləndirirlər.
Bu barədə Crossmedia.az-a danışan politoloq Məhəmməd Əsədullazadə qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi geopolitik qarşıdurmadır: "Rusiyanın Qərbə qarşı disensial müharibəsinin tərkib hissəsidir. Türkiyənin səylərinə və vasitəçilik cəhdlərinə rəğmən, savaş davam edir. Kreml rəhbəri Vladimir Putinin mövqeyi müharibənin davam etməsini şərtləndirir. Növbəti mərhələdə yenidən Türkiyənin dövriyəyə girməsi, bu prosesdə Azərbaycanın da rolu mümkündür. Rusiya beynəlxalq hüquqa söykənərsə, öz maksimalist tələblərindən müəyyən qədər geri çəkilərsə, Türkiyənin də, Azərbaycanın da vasitəçiliyi mümkün ola bilər. Amma görürük ki, Moskva Vaşinqtonun vasitəçiliyinə də barmaqarası baxır və manipulyasiya edir, müharibəni davam etdirir".

O bildirib ki, Rusiya danışıqlardan müharibəni davam etdirmək üçün istifadə edir: "Rusiya, həqiqətən, istəsə təbii ki, rəsmi Bakı prosesə töhfə verə bilər. Bakıda Rusiya və Ukrayna rəsmiləri görüşə bilərlər. Amma bu, geopolitik bir qarşıdurmadır. Odur ki, Azərbaycanın da vasitəçiliyi mümkün görünmür".
Mehriban Yariyeva
20:25 12.11.2025
Oxunuş sayı: 2166