Aqil Abbas: Bundan gözəl nə ola bilər?
Azərbaycanın paytaxtı Bakının səması yenidən qürur, güc və qələbə rəmzinə çevrildi. Bununla bağlı “Euronews” da paylaşım edərək qeyd edib ki, bu hərbi parad təkcə ordunun qüdrətinin nümayişi deyil, Cənubi Qafqazın yeni siyasi reallıqlarının simvoludur. Azərbaycanın paradda nümayiş etdirdiyi hərbi intizam, texnoloji güc və milli birliyin təntənəsi region tarixində yeni bir səhifənin açıldığını göstərir. Bu gün təkcə Azərbaycan üçün deyil, bütün Cənubi Qafqaz üçün dönüş nöqtəsidir — Zəfərin, suverenliyin və ədalətin səhnəyə qayıtdığı gün.
Milli Məclisin deputatı Aqil Abbas möhtəşəm zəfər paradimizla bağlı fikirlərini Crossmedia.az-la bölüşüb:
"Deyə bilərəm ki, bu parad dünyaya Azərbaycanın gücünü göstərdi. Türkiyə Cümhuriyyəti və Pakistan dövləti ilə əlaqələrimizi göstərdi. Bundan gözəl nə ola bilər?"
Ayhan
19:50 12.11.2025
Oxunuş sayı: 2093