Ceyhun Cəlilov Naxçıvanın Baş naziri vəzifəsindən azad edilib
Ceyhun Cəlilov Naxçıvan Muxtar Respublikasının (MR) Baş naziri vəzifəsindən azad edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə qərar Naxçıvan MR Ali Məclisinin noyabrın 12-də keçirilən iclasında qəbul edilib.
İclasda qeyd olunub ki, C.Cəlilov Naxçıvan MR-da Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin olunduğu üçün muxtar respublikanın Baş naziri vəzifəsindən azad edilməlidir.
Sonra bununla bağlı qərar layihəsi səsə qoyularaq qəbul olunub.
17:58 12.11.2025
Oxunuş sayı: 2054