Türkiyə təyyarəsi Azərbaycan sərhədində qəzaya uğrayıb - YENİLƏNİB
Türkiyənin hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması faktı ilə bağlı ölkənin daxili işlər naziri Ali Yerlikaya rəsmi "X" hesabında paylaşım edib.
Crossmedia.az xəbər verir ki, onun paylaşımında deyilir:
"Azərbaycandan ölkəmizə gəlməkdə olan Müdafiə Nazirliyimizə məxsus C130 tipli hərbi yük təyyarəmizin Gürcüstan–Azərbaycan sərhədində qəzaya uğraması xəbərini dərin kədər hissi ilə öyrəndim.
Axtarış-xilasetmə işləri davam edir. Gürcüstanın daxili işlər naziri cənab Gela Geladze ilə telefonla danışdım. Cənab nazir də hadisə yerinə yola düşüb.
Əziz millətimizə keçmiş olsun".
16:40
Gürcüstanın Azərbaycanla sərhədinə yaxın ərazidə Türkiyənin hərbi təyyarəsi qəzaya uğrayıb.
Crossmedia.az xəbər verir ki, hadisə barədə məlumatı Imedi telekanalı yayıb.
Qəza nəticəsində yaralananların sayı barədə məlumat verilmir, həmçinin qəzaya səbəb olan dəqiq detallar açıqlanmır.
17:10 11.11.2025
Oxunuş sayı: 2174