Dudayevin xanımı Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib
Çeçen azadlıq hərəkatının əfsanəvi lideri Cövhər Dudayevin həyat yoldaşı Alla Dudayeva Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. O, paylaşımını öz Facebook hesabında edərək Azərbaycan xalqına hörmət və rəğbətini ifadə edib.
Crossmedia.az xəbər verir ki, Dudayeva şəhidlərin xatirəsini ehtiramla anıb, qazilərə şəfa, ailələrə isə səbir və güc arzulayıb.
O, həmçinin Çeçen xalqının Azərbaycanla tarixi dostluq əlaqələrinə toxunub və vurğulayıb ki, azadlıq, ləyaqət və vətən sevgisi bu xalqları birləşdirən əsas dəyərlərdir.
Türkanə Məşədiyeva
10:21 10.11.2025
Oxunuş sayı: 1488