Türkiyənin partiya sədrləri Azərbaycanı təbrik edib
Bu gün 8 Noyabr Zəfər Günündə Türkiyənin bir sıra siyasi partiya rəhbərləri Azərbaycana dəstək və təbrik mesajları ünvanlayıblar. Onlar Qarabağın azad edilməsinin Türk dünyası üçün tarixi əhəmiyyət daşıdığını vurğulayıblar.
Zəfər Partiyasının sədri Ümit Özdağ Azərbaycan Ordusunun 2020-ci ildə qazandığı qələbəni yüksək dəyərləndirdiyini bildirib:
“10 noyabrda qazanılan qələbəni 8 noyabra keçirən və Atatürkün ölümünün ildönümündə Qələbəni qeyd etməkdən çəkinən Can Azərbaycana salamlar olsun".
![]()
CHP sədri Özgür Özel də sosial şəbəkə hesabında qardaşlıq mesajı paylaşıb:
“Bu gün qardaş ölkəmiz olan Azərbaycan üçün zəfər günüdür.
Biz Azərbaycanla birlikdə beş il əvvəl şərəfli və qətiyyətli mübarizədən sonra Qarabağın azad edilməsini qeyd edirik. Qarabağ uğrunda canlarını fəda edən şəhidləri rəhmətlə yad edir və qazilərə minnətdarlığımızı bildiririk. Türkiyə hər zaman can Azərbaycanın yanında olmağa davam edəcək. Zəfər günümüz mübarək!”

İYİ Partiya sədri Müsavat Dərvişoğlu isə Qarabağ zəfərinin Türk dünyasının birlik və qətiyyətinin simvolu olduğunu qeyd edib:
“Türk Millətinin hər bir üzvü kimi, mən də dost və qardaş ölkəmiz olan Azərbaycanın Qarabağ zəfərinin ildönümünü böyük qürur və sevinclə qeyd edirəm. Türklərin müstəqillik sevgisini bütün dünyaya elan edən qəhrəmanlarımızı mərhəmətlə yad edirəm. Qarabağ türkdür və əbədi olaraq bir türk vətəni olaraq qalacaq!”

Türkiyədə müxtəlif siyasi düşüncələri təmsil edən liderlərin ortaq mesajı dəyişməzdir: Azərbaycanın qələbəsi həm də Türkiyənin sevincidir.
Türkanə Məşədiyeva
14:22 08.11.2025
Oxunuş sayı: 1911