Azərbaycan lideri: Bütün dünyaya güclü dövlət və müzəffər xalq kimi özümüzü göstərmişik
Biz bütün dünyaya güclü dövlət və müzəffər xalq kimi özümüzü göstərmişik.
Crossmedia.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə Bakıda keçirilən hərbi paradda çıxışı zamanı deyib.
Dövlət başçısı vurğulayıb:
"44 gün ərzində döyüş meydanında 300-dən çox şəhər və kənd düşmənlərdən azad edilib. Biz düşməni qova-qova irəli gedirdik. Nəhayət 8 noyabrda alınmaz qala sayılan Şuşa şəhəri erməni işğalından azad edilib. Biz dağlardan, çaylardan, dərələrdən keçərək şanlı zəfərə doğru gedirdik. Şuşanın düz beş il bundan öncə azad edilməsi Ermənistan ordusunun belini qırdı. Bir gün sonra Ermənistan rəsmən təslim olaraq kapitulyasiyaya imza atdı. Beləliklə, biz ərazi bütövlüyümüzü, tarixi ədaləti, beynəlxalq hüququ və milli ləyaqətimizi özümüz bərpa etdik".
13:46 08.11.2025
Oxunuş sayı: 1123