Hikmət Hacıyev hərbi paradla bağlı paylaşım edib
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev hərbi paradla bağlı paylaşım edib.
Crossmedia.az xəbər verir ki, o, bununla bağlı sosial şəbəkə hesabında video yayımlayıb.
"Yürüş sədaları altında – 8 Noyabr Qələbə Paradı!
Azərbaycan Silahlı Qüvvələrinin qürurlu sıraları qardaş Türkiyə və Pakistan Silahlı Qüvvələri ilə birlikdə yürüş edir" - deyə, H.Hacıyev qeyd edib.

13:06 08.11.2025
Oxunuş sayı: 1105