Prezidentin sərəncamı AMEA-ya, onun Tarix və Etnologiya İnstitutuna verilən dəyərdir - Professor
Prezident İlham Əliyev Azərbaycan elminin inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Təltif edilən alimlərin içərisində tarix elmləri doktoru, professor, AMEA Tarix və Etnologiya İnstitutunun direktoru Kərim Şükürov da yer alıb. Kərim Şükürov "Şöhrət" ordeni ilə təltif edilib.
Prezidentin Sərəncamı ilə bağlı Crosmedia.az-a açıqlamasında Kərim Şükürov bildirib ki, Azərbaycan tarixi üçün önəmli bir gündə verilən bu sərəncam həm Prezidentin, həm də AMEA-nın fəaliyyətinə verilən yüksək dəyərin göstəricisidir: “Azərbaycan tarixi üçün önəmli bir gündə belə bir sərəncam verilməsi xüsusi əhəmiyyətə malikdir. 8 noyabrda qələbənin 5 ili qeyd ediləcək. Bu qələbəni Azərbaycan xalqına bəxş edən Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin sərəncamı ilə təltif edilmək böyük şərəfdir. Bu, eyni zamanda, AMEA-ya, onun Tarix və Etnologiya İnstitutuna verilən dəyərdir.
Biz də çalışacağıq ki, Prezidentin AMEA-nın 80 illik yubileyinə həsr edilmiş yığıncaqda tariximizin öyrənilməsi ilə bağlı qarşımızda qoyulan vəzifələri layiqincə yerinə yetirək”.
Günel Verdiyeva
20:18 05.11.2025
Oxunuş sayı: 2608