Ukraynanın Aİ-yə üzvlüyü yaxın zamanda mümkün deyil – Avropa Komissiyası
Avropa İttifaqına inteqrasiya istiqamətində səylərini davam etdirən Ukraynanın üzvlük prosesi gözləniləndən daha uzun çəkə bilər. Avropa Komissiyasının son hesabatında ölkənin hələ bir sıra islahatları həyata keçirməli olduğu vurğulanır.
Crossmedia.az “Reuters”a istinadən xəbər verir.
Avropa Komissiyasının hesabatında bildirilir ki, Ukraynanın yaxın perspektivdə Avropa İttifaqına üzvlüyü gözlənilmir. Sənəddə Kiyevdən korrupsiya ilə mübarizədə mənfi tendensiyaları aradan qaldırmaq, məhkəmə sisteminin müstəqilliyini gücləndirmək, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə və vətəndaş azadlıqlarının qorunmasında irəliləyiş əldə etmək tələb olunur.
Günel Verdiyeva
19:22 04.11.2025
Oxunuş sayı: 1292