ABŞ-ın NATO-dakı səfiri Metyu Uitaker Kiyevə səfər edib
                                            ABŞ-nin NATO-dakı səfiri Metyu Uitaker Kiyevə gəlib və Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb. Görüş zamanı Uitaker bildirib ki, “bu mənasız müharibə dayandırılmalıdır və sülh – prezident Trampın səyləri ilə əldə olunacaq sülh – yeganə real yoldur”.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Uitaker bu fikirləri Kiyevdəki səfəri barədə sosial şəbəkə paylaşımında da vurğulayıb. O, Zelenski ilə görüşün səmərəli keçdiyini və ABŞ-ın Ukraynada sülhün bərpasına yönəlik səyləri dəstəklədiyini qeyd edib.
Ukrayna tərəfi hələlik səfirin bu açıqlamasına rəsmi münasibət bildirməyib.
Mehriban İbrahimli
14:46 04.11.2025
Oxunuş sayı: 1473