Türkiyə Özbəkistan vətəndaşları üçün elektron iş vizasını nəzərdən keçirəcək
Özbəkistan nümayəndə heyəti işgüzar səfərlə Ankaraya gəlib və Türkiyənin Xarici İşlər və Daxili İşlər nazirlikləri ilə görüşlər keçirib.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, türk tərəfi Özbəkistan vətəndaşlarının başqa kateqoriyalı vizalarla ölkəyə daxil olduqda, Türkiyədən çıxmadan iş icazəsi ala bilməsi imkanını nəzərdən keçirməyə hazır olduğunu bildirib.
Görüşlər zamanı qeyri-qanuni miqrasiya ilə mübarizə və vətəndaşların vətənə qaytarılmasının təşviqi sahəsində əməkdaşlıq memorandumunun imzalanması da müzakirə olunub.
Pərvin Hacıyeva
12:10 03.11.2025
Oxunuş sayı: 1541