Paşinyan: Azərbaycanlılar və ermənilər hələ də sovet kəşfiyyatının qurduğu düşüncə tərzində yaşayırlar
Ermənistanın baş naziri Nikol Paşinyan xalqlar arasında formalaşmış stereotiplərin Sovet dövründən qaldığını bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə o, yerli mediaya açıqlamasında deyib.
Paşinyanın sözlərinə görə, həm azərbaycanlılar, həm də ermənilər uzun illərdir Sovet KQB agentləri tərəfindən formalaşdırılmış düşüncə sərhədləri içində yaşayırlar.
“Biz düşünürük ki, türk türk olaraq qalır. Onlar da düşünürlər ki, erməni yenə də ermənidir. Sovet kəşfiyyatının bizim üçün çəkdiyi bu cizgilərdən azad olmalıyıq”, – Paşinyan qeyd edib.
21:56 02.11.2025
Oxunuş sayı: 2573