Zakir Həsənov Qazaxıstanda səfərdədir
 
                                            Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərinin müdafiə nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Qazaxıstanda işgüzar səfərdədir.
Crossmedia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənov və digər iştirakçı ölkələrin hərbi rəhbər heyəti 28 Qvardiyaçı Panfilovçu adına parkı ziyarət edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.
Sonra Almatı şəhərində keçirilən iclasda cari hərbi əməkdaşlıq və qarşıda duran məsələlər müzakirə olunub.
İclasın sonunda yekun sənədlərin imzalanması mərasimi keçirilib.
13:19 31.10.2025
Oxunuş sayı: 1774
 
                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                     
                     
                     
                     
                     
        